"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Play vasitəsi ilə proqramları uzaqdan silmək mümkün olacaq!

Google şirkəti bu dəfə Android istifadəçilərinin uzun müddərdir ki, gözlədiyi funksiyanı elan edib. Beləliklə Google şirkətinin yeni funksiyasına əsasən artıq Google Play vasitəsi ilə proqramları uzaqdan silmək mümkün olacaq. Google tərəfindən elan edilən yenilik android istifadəçilərinin proqramları istənilən cihazdan silmək üçün sadəcə bir smartfondan istifadə etməsinə imkan verir. Qeyd edək ki, bu yenilik artıq Google Play Store 38.3 yenilənməsində görülüb. Hələlik isə bu yenilik əlçatan deyil.

Ümumiyyətlə Android istifadəçiləri uzun müddətdir ki, belə funksiyanın smartfonlarına əlavə edilməsini gözləyirdi. Nəhayət Google Play yeniliyi ilə proqramları digər cihazlardan uzaqdan silmək mümkün olub. Belə ki, ilk olaraq Google Play Store mağazasından proqram quraşdırdığınız zaman sizdən eyni proqramı digər cihazlarda quraşdırmağınız da xahiş olunur. Proqramı silərkən isə həm öz smartfonunuz, həm də digər cihazda bu əməliyyatı reallaşdırmaq mümkün olacaq.

Əslində növbəti Google Play Store yenilənməsi smartfonu tam hüquqlu proqram menecerinə çevirəcək. Habelə eyni hesaba qoşulmuş bütün cihazlarda proqram təminatını idarə etməyə, onları uzaqdan silməyə imkan verəcək. Qeyd etdiyimiz kimi, yenilik hal-hazırda işlək deyil. Lakin çox yaxında Google şirkəti bu yeniliyi bütün Android istifadəçiləri üçün əlçatan etməyi planlayır. Hətta ABŞ mərkəzli texnologiya nəhəngi gələn ay Google Play Store mağazasına əlavə etdiyi bu yeniliyi işlək vəziyyətə gətirə bilər.