"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq

Google şirkəti istifadəçinin smartfonunu zərərli tətbiqlərdən qorumağa imkan verən təhlükəsizlik tədbirlərini gücləndirib. Bunun üçün şirkət Play Protect funksiyasının çalışma mexanizmini yeniləyib. Belə ki, sözügedən funksiya real zaman ərzində smartfona quraşdırılan tətbiqin skan edilməsi imkanını əldə edib. Bu və ya digər tətbiqin smartfona quraşdırılmasından öncə Play Protect funksiyası istifadəçiyə onun skan edilməsini təklif edəcək.

Skan prosesi çərçivəsində tətbiqdə hər hansısa zərərli faktorun aşkar ediləcəyi halda sistem bu barədə məlumatı istifadəçiyə skan prosesinin sonunda təqdim edəcək. Bununla belə bu yeni funksiya tətbiqin hansı mənbədən quraşdırılmasından asılı olmayaraq çalışır. Google Play Store və ya kənar tətbiq mağazaları. Google bildirib ki, bundan sonra Play Protect funksiyası tətbiqləri proqram təminatı kodu səviyyəsində analiz edəcək. Yenilənmiş Play Protect ilkin mərhələdə Hindistanda istifadəyə veriləcək. Daha sonra isə bu yeni funksiya digər ölkələrdə də aktiv olacaq.