"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Play Market-da eyni anda bir neçə tətbiqin yüklənməsi funksiyası istifadəyə verilir

 Bir neçə il ərzində olmuş testlərdən sonra Google şirkəti eyni anda bir neçə tətbiqin yüklənməsi və quraşdırılması funksiyasını özünün Play Market platformasına inteqrasiya edir. Android istifadəçilərini rahatladacaq bu yenilənmə bir neçə tətbiqin cihaza sıra ilə deyil eyni anda birdən yüklənməsini təmin edəcək. Bu funksiyanı test etmək üçün istifadəçi sadəcə olaraq bir neçə tətbiqi eyni zamanda yüklənməyə qoymalıdır. Bu halda istifadəçi görəcək ki, tətbiqlər sıra ilə deyil eyni anda yüklənir və cihaza quraşdırılır. Lakin bu yeni funksiyada bir məhdudiyyət var. Belə ki, eyni anda yalnız iki tətbiqi yükləmək olar.

Əgər istifadəçi eyni anda yükləmə üçün üç ədəd tətbiq seçsə, seçilmiş üçüncü tətbiq yükləmə prosesində olan digər iki tətbiqdən birinin yüklənib bitməsini gözləyəcək. Tətbiqlərdən birinin yüklənmə prosesi başa çatdıqdan sonra isə üçüncü tətbiqin yüklənməsinə start veriləcək. Qeyd etmək lazımdır ki, Google Play Market-dən fərqli olaraq Apple şirkətinin App Store platforması eyni anda üç ədəd tətbiqin yüklənməsini mümkün edir. Hər halda Google üçün bu da böyük bir addım hesab edilir. Qeyd etmək lazımdır ki, Google Play Market-in bu yeni imkanı ilk növbədə Android 14 vasitəsilə çalışan Google Pixel smartfonlarında aktiv olub.