
Google-un açıqlamasına görə, Android istifadəçiləri Google Play-də satılan pullu oyunları qısa müddət ərzində heç bir pul ödəmədən sınaqdan keçirə biləcəklər. Oyunun səhifəsində “Sına” düyməsini görəcəksiniz. Bu düyməni basmaqla, həmin oyunu məhdud müddət sınaqdan keçirmək imkanı əldə edəcəksiniz. Google həmçinin “Bir dəfə al, istədiyiniz yerdə oyna” yanaşmasını nümayiş etdirəcəyini açıqladı. Bu o deməkdir ki, Google Play-dən alınan oyun mobil və ya kompüterdə oynanıla bilər. Demo xüsusiyyəti əvvəlcə yalnız Android-də oynana bilən müəyyən pullu oyunlar üçün mövcud olacaq. Gələcəkdə daha çox oyuna əlavə ediləcəyi bildirilib. Həmçinin, demoları bir gün kompüterdə sınaya biləcəyiniz qeyd edildi, lakin bunun nə vaxt baş verəcəyi barədə heç bir məlumat yoxdur.