"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Play-də tətbiqlər barəsində məlumatlar verəcək süni zəka əsaslı çat-bot istifadəyə veriləcək

Google Play-in yeni beta versiyasında maraqlı süni zəka funksiyasının təsviri aşkar edilib. Məlumata əsasən Google Play üçün hazırlanan yeni süni zəka əsaslı funksiya sayəsində tətbiqləri yükləmədən onlar barəsində ətraflı məlumatı əldə etmək mümkün olacaq. İnsayderlər bu funksiyanın necə reallaşdırılacağı barəsində məlumat veriblər.
Məlumata əsasən yeni funksiya “Ask a question” adlanır və o, Google Play-in kodunda aşkar edilib. Lakin funksiya tətbiqlər mağazasının interfeysinə hələ əlavə edilməyib. Gözləntilərə əsasən sözügedən yeni funksiya istifadəçilərin tətbiqlər haqqında verəcəkləri suallar üçün nəzərdə tutulmuş xüsusi sahə formasında reallaşdırılacaq. Yəni istifadəçinin suallarına cavabları süni zəka əsaslı çat-bot təqdim edəcək. Lakin çat-botun öz cavablarını hansı kriteriyalar üzrə tərtib edəcəyi bilinmir. Funksiyanın Google Play-də nə zaman istifadəyə veriləcəyi aydın deyil.