"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google öz data mərkəzlərində elektrik enerjisini nüvə reaktorları hesabına təmin edəcək

Google şirkəti nüvə energetikası sahəsində fəaliyyət göstərən Kairos Power adlı startap ilə müqavilə bağladığını elan edib. Müqavilənin şərtlərinə əsasən bu startap şirkət üçün kompakt ölçülü nüvə reaktorlarını inşa edəcək. İnşa ediləcək nüvə reaktorları Google şirkətinin data mərkəzlərinin elektrik enerjisi ilə təmin olunmasında istifadə ediləcək. İki şirkət arasındakı razılaşmaya əsasən Google 500 meqavat elektrik enerjisi əldə edəcək. Google şirkətinin sözlərinə əsasən nüvə reaktorları artıq bu onilliyin sonuna kimi istifadəyə verilməlidir.

Süni zəka texnologiyası isə data mərkəzlərinin enerji sərfiyyatlarını daha da yüksəldib. Buna görə də Google, Microsoft və Amazon kimi şirkətlər nüvə energetikasına müraciət edirlər. Qeyd etmək lazımdır ki, Kairos Power adlı startap modul tipli kiçik ölçülü nüvə reaktorları (SMR) sahəsində fəaliyyət göstərir. SMR öz növbəsində atom elektrostansiyalarının inşası prosesini sürətləndirməyə və xərcləri aşağı salmağa hədəflənib. Mövcud olan atom elektrostansiyalarının əksəriyyəti irimiqyaslı obyektlərdir. Onlar 1000 meqavat həcmində elektrik enerjisini generasiya edə bilirlər. Lakin onların layihələşdirilməsinə bir neçə il, inşalarına isə onilliklərlə vaxt lazım olur. SMR isə öz növbəsində bu problemləri aradan qaldırmalıdır.