"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google öz çat-botunun adını dəyişdi və onun Android tətbiqini istifadəyə verdi

 

#Google şirkətinin #Bard adlı çat-botu bundan sonra #Gemini adlanacaq
Google öz #süni #zəka texnologiyalarının rebrendinqini anons edib. Beləliklə şirkətin bütün süni zəka texnologiyaları bundan sonra #Gemini adı altında təqdim olunacaqlar. Şirkət hətta öz süni zəka əsaslı çat-botunun adını da Gemini ilə əvəz edib və onun #Android tətbiqini istifadəyə verib. Şirkətin Google #Workspace ofis tətbiqlərindəki süni zəka funksiyaları da Gemini brendi altında birləşəcəklər.
Gemini çat-botunun Android üçün istifadəyə verilmiş tətbiqini smartfona #GoogleAssistant-ın əvəzləyicisi kimi quraşdırmaq mümkündür. Şirkət Gemini-nin #iOS üçün tətbiqini istifadəyə verməyi hələ planlaşdırmır.