Google şirkəti öz Android tətbiqlərində boşluqların aşkar edilməsi üçün nəzərdə tutulmuş Mobile VRP adlı proqramı işə salıb. Bu proqram çərçivəsində boşluqları aşkar edəcək tədqiqatçılara müəyyən pul mükafatları təqdim ediləcək. Mobile VRP çərçivəsində mütəxəssislər Google LLC tərəfindən yaradılmış və dəstəklənən və eləcə də Research at Google, Red Hot Labs, Google Samples, Fitbit LLC, Nest Labs Inc, Waymo LLC və Waze ilə birgə əməkdaşlıq çərçivəsində yaradılmış tətbiqləri yoxlamaq imkanına sahib olacaqlar. Test olunacaq tətbiqlər 3 qrupa ayrılıb. Birinci qrupa aşağıdakılar daxildir.
- AGSA (com.google.android.googlequicksearchbox)
- Google Chrome (com.android.chrome)
- Google Cloud (com.google.android.apps.cloudconsole)
- Gmail (com.google.android.gm)
- Chrome Remote Desktop (com.google.chromeremotedesktop).
İkinci qrupa birinci qrupdakı tətbiqlərlə qarşılıqlı əlaqədə olan, istifadəçi məlumatlarının emalından cavabdeh olan və Google servislərinə müraciət edən tətbiqlər daxildirlər. Üçüncü qrupa isə Google servisləri ilə əlaqəli olmayan tətbiqlər daxildirlər. Boşluqların aşkar edilməsina görə mütəxəssislərə təqdim ediləcək pul mükafatı yoxlanılan tətbiqin hansı qrupa daxil olmasından asılı olacaq. Bununla belə şirkət ən böyük ödənişləri məhz birinci qrupa daxil olan tətbiqlərdəki boşluqların aşkar edilməsi üçün təyin edib.