"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google, ötən il Play Store-da 2.36 milyon riskli proqramı bloklayıb!

Google bildirib ki, ötən il yəni 2024-cü ildə 2.36 milyon riskli Android proqramını Play Store tətbiq mağazasından silib. Bundan əlavə, o, təxminən 158,000 zərərli tərtibatçı hesabını bloklayıb. Şirkətdən verilən rəsmi açıqlamaya görə, təhlillər nəticəsində bu tətbiqlərin təxminən 92%-nin süni intellektdən dəstək aldığı görülüb. Bildirilib ki, bu, daha sürətli və dəqiq addımlar atmağa imkan verir və tətbiqlərin Google Play-də əlçatan olmasına mane olur.

Ümumiyyətlə, Google hər il nə qədər zərərli tətbiqi blokladığını açıqlayır və bu sayı durmadan artır. Məsələn, 2023-cü ildə 2,28 milyon proqram bloklanıb. Müqayisə etdikdə görərik ki, bu il bloklanan proqram və ya tətbiqlərin sayı 3,50% artıb. Qeyd edək ki, 2022-ci ildə bloklanmış tətbiqlərin sayı təxminən 1,5 milyon olub. Yəni son iki ildə android proqramlar tərəfində risk qorxulu həddə belə çatıb. Google isə hələlik bu proqramlara bağlı atdığı addımları bizlərə açıqlamayıb.