Google, reklam blokerlerinə qarşı apardığı mübarizəsində güclənməyə davam edir. Belə ki, ABŞ mərkəzli Google, indi ən böyük reklam blokerlərindən biri olan uBlock Origin blokerinin istifadəsini dayandırır. Beləliklə, Google istifadəçilərin reklama qarşı ən çox istifadə etdiyi üsullardan birini məhdudlaşdırır.
Ümumiyyətlə, ağlımıza gələn hər kateqoriyadan yüzlərlə proqrama ev sahibliyi edən Google Chrome, rəqibləri ilə özü arasında böyük bir məsafə qoymağı bacarıb. Maraqlısı budur ki, Google digər tərəfdən də ən böyük reklam blokerlərindən olan “uBlock Origin”-i məhdudlaşdıraraq mübarizəsini davam etdirməyə çalışır. Axtariş nəhəngi yenilənmə ilə ən populyar reklam blokerlərindən birini Plugin Store-dan siləcək.
Qeyd edək ki, Google, reklam blokerlərinin işini dəyişdirə biləcək Manifest V3 plugin qaydalarına keçid etməyə başlayıb. Bu yeniləmə genişləndirmələrin məxfiliyini, təhlükəsizliyini və performansını yaxşılaşdırmaq məqsədi daşısa da, reklam blokerlərinin effektivliyini məhdudlaşdırır. Bu dəyişiklikdən təsirlənəcək ilk proqramlardan biri də məhz uBlock Origin blokeri olub. Məlumatlara görə, uBlock Origin-in Chrome-da 30 milyondan çox istifadəçisi var və yeni brauzer genişləndirilməsi qaydalarına keçiddən sonra uBlock Origin-ə dəstəyi dayandıracaq. Digər tərəfdən, oogle-un Manifest V3 dəstəyinə keçməsinin tamamilə reklam blokerləri ilə bağlı olduğunu söyləmək düzgün olmaz. Lakin görünən odur ki, şirkətin bu istiqamətdə addım atması reklam mübarizəsinə də kömək edir.