Google, Meta və digər şirkətlər süni zəka səbəbilə öz konfidensiallıq siyasətlərini gizli şəkildə dəyişirlər
Google, Adobe və Meta kimi böyük texnoloji şirkətlər öz konfidensiallıq siyasətlərinə dəyişikliklər əlavə edirlər. Həmin dəyişikliklər onlara süni zəka modellərinin təlimatlandırılmalarında istifadəçilərin məlumatlarından istifadə etmək imkanını verirlər. İstifadəçilər tərəfindən ola biləcək neqativ reaksiyalardan yan keçmək üçün şirkətlər öz konfidensiallıq siyasətlərinə dəyişiklikləri gizli şəkildə əlavə edirlər. ABŞ Federal Ticarət Komissiyası xəbərdarlıq edib ki, konfidensiallıq siyasətində edilə biləcək bu cür dəyişikliklər qeyri-qanuni ola və şirkətlərin öz istifadəçilərinin konfidensiallıqlarını qorumaları öhdəliklərini poza bilərlər.
The New York Times tərəfindən aparılmış analizə əsasən şirkətlər özlərini hüquqi səviyyədə sığortalamaq üçün öz mövqelərini və şərtlərini süni zəka terminləri də daxil olmaqla dəyişirlər. Qeyd etmək lazımdır ki, Google öz konfidensiallıq siyasətinə keçən ilin iyul ayında dəyişiklik əlavə etmişdi. Əlavə edilmiş dəyişikliyə əsasən şirkət öz süni zəka modellərinin təlimatlandırılmaları üçün açıq mənbə şəklində mövcud olan məlumatlardan istifadə etmək niyyətindədir. Adobe şirkətinin öz konfidensiallıq siyasətində etmiş olduğu dəyişiklik isə ümumiyyətlə sərt tənqidlərə səbəb oldu.
Belə ki, istifadəçilər Adobe şirkətinin öz konfidensiallıq siyasətindəki dəyişikliklər ilə razı olmadıqları halda şirkətin servisləri vasitəsilə hazırlamış olduqları kontentlərdən məhrum ola bilərdilər. Bu öz növbəsində istifadəçilərin Adobe servislərinə abunəliklərini dayandırmalarına səbəb oldu. Meta isə öz növbəsində may ayında elan etdi ki, o, Facebook və Instagram-da açıq şəkildə mövcud olan kontentləri öz süni zəka modellərinin təlimatlandırılmaları prosesində istifadə edəcək. Lakin internetdə insan haqlarının qorunması üzrə beynəlxalq ictimai təşkilat tərəfindən edilmiş şikayətlər nəticəsində Meta bu istiqamətdəki planlarını təxirə salmalı oldu.