"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Maps-in küçə və peyk şəkilləri daha keyfiyyətli hala gəlir!

Axtarış nəhəngi, Avstraliya, Braziliya, Fransa, Danimarka, Yaponiya, Filippinlər, Meksika, İspaniya, Serbiya, İsveçrə və Cənubi Afrika da daxil olmaqla təxminən 80 ölkədə Street View görüntülərini yeniləyir. Bundan əlavə, Street View-i Bosniya-Herseqovina, Namibiya, Lixtenşteyn və Paraqvaya gətirir. Google, 2022-ci ildə istifadəyə verilən daha portativ Street View kamerasının gələcəkdə daha çox məkanın görüntülərini təqdim etməyə kömək edəcəyini bildirir.

Bundan başqa, Google, buludları, kölgələri, dumanı və çəni aradan qaldıran süni intellekt vasitəsi sayəsində Google Maps və Google Earth-də daha dəqiq peyk görüntülərinin istifadəyə veriləcəyini açıqlayıb. Nəhayət, Google Earth-ün veb versiyasında və mobil tətbiqində artıq köhnə görüntülərə daxil olma imkanı təqdim ediləcəyi açıqlanıb. Bu xüsusiyyətə əvvəllər yalnız Google Earth Pro masaüstü tətbiqindən daxil olmaq mümkün idi.