"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Maps, artıq saxta rəyləri ifşalayacaq!

Google, bu problemə qarşı tədbir görərək Saxta Əlaqə siyasətini yeniləyib və saxta rəylərə müraciət edən müəssisələrə qarşı sərt tədbirlər görməyə başlayıb. Search Engine Roundtable-ın hesabatına və sosial mediada paylaşılan ekran görüntülərinin təsdiqlədiyinə görə, Google artıq saxta rəy tələb edən müəssisələrin Google Maps profilində açıq xəbərdarlıq göstərir. Yenilənmiş siyasət çərçivəsində qaydalara əməl etməyən müəssisələrə müxtəlif məhdudiyyətlər tətbiq edilir.

Bu məhdudiyyətlər arasında saxta rəylərin silinməsi, müəyyən müddət ərzində yeni rəy və qiymətləndirmə ala bilməmək və müəssisə səhifəsində saxta rəylərin silindiyini göstərən ictimai xəbərdarlıq göstərilməsi daxildir. Əvvəllər yalnız Birləşmiş Krallıqdakı müəssisələr üçün keçərli olan bu tətbiq, sentyabrın ortasında edilən yeniləmə ilə bütün bölgələrdəki müəssisələri əhatə edəcək şəkildə genişləndirilib. Hazırda bu xəbərdarlıqlar yalnız Birləşmiş Krallıqda bəzi istifadəçilər tərəfindən görünə bilir. Ancaq Google-un qətiyyətli mövqeyi göstərir ki, bu tətbiq tezliklə qlobal miqyasda geniş yayılacaq və saxta rəy tələb edən bütün müəssisələrin Google Maps profillərində bu xəbərdarlıqlar görünəcək.