"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google mətnli təsvir əsasında istənilən janrda musiqi tərtib edən süni zəka əsaslı alqoritmini təqdim edib

Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən janrda musiqi tərtib etməyi bacarır. Məlumatda qeyd edilib ki, şirkət MusicLM-in təlimatlandırılmasında ümumilikdə 280 000 saat təşkil etmiş müxtəlif audio kontentdən istifadə edib. Google tərəfindən təqdim edilmiş bu süni zəka əsaslı alqoritmin çalışma prosesində olan əsas diqqət çəkən məqam ondan ibarətdir ki, o, müxtəlif musiqi janrlarının və alətlərinin kombinasiyasını reallaşdırmaqla yanaşı həmçinin abstrakt fikirlərin mətn formatında təqdim edilmiş təsvirləri əsasında musiqiləri tərtib edə bilir.

Məsələn, MusicLM özündə kosmik melodiya ilə reggeton (1990-cı illərin sonlarında Puerto-Rikoda yaranmış musiqi və rəqs üslubu) rəqs musiqisini birləşdirmiş mahnını tərtib edə bilib.

İstifadəçi bu və ya digər musiqinin tərtib edilməsi üçün hər hansısa fotonu təsvir edə və ya planlaşdırılan musiqini oxuya bilər. Bununla belə sözügedən alqoritm ideal nəticələrin əldə edilməsi mərhələsindən hələ çox uzaqdır. Belə ki, alqoritm tərəfindən tərtib edilmiş bəzi musiqilər qəribə səslənir və onların vokal hissələrini ümumiyytlə anlamaq mümkün deyil. Bununla yanaşı Google şirkəti MusicLM-i açıq şəkildə istifadəçilərə təqdim etməyə tələsmir. Belə ki, şirkət müəllif hüquqları ilə bağlı məhkəmə proseslərində iştirak etmək niyyətində deyil. Çünki alqoritm tərəfindən tərtib edilmiş bu və ya digər musiqidə bir-iki not kifayət edir ki, şirkətə qarşı məhkəmə iddiası qaldırılsın.