"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google istifadəçiləri dələduz tətbiqlərdən qoruyacaq

 Google şirkəti özünün Play Protect servisinin iatifadəyə veriləcək yeni funksiyasından danışıb. Yeni funksiya sayəsində Play Protect istifadəçiləri təkcə zərərli tətbiqlərdən deyil həmçinin proqram təminatındakı şübhəli proseslərdən də qoruyacaq. Google tərtibatçılarının sözlərinə əsasən yeni funksiya istifadəçilərin pul vəsaitlərini oğurlamağa hədəflənmiş dələduz tətbiqlərin mobil cihazlara quraşdırılmasının qarşısını alacaq.

Play Protect-in yenilənməsindən sonra o, konfidensial məlumatların əldə edilməsi üçün istifadəçidən çoxlu sayda icazəni tələb edən APK fayllarının quraşdırılma prosesini bloklayacaq. Bununla yanaşı Play Protect istifadəçiyə bu və ya digər tətbiqin yoxlanış üçün Google mütəxəssislərinə göndərilməsini də təklif edə biləcək. Yeni funksiyanın əsas məqsədi istifadəçiləri müxtəlif dələduzluq hallarından qorumaqdır.