"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google ilk okeanaltı internet kabeli layihəsini elan edib.

Google Cənubi Amerika və Asiya-Sakit okeanı birləşdirən ilk okeanaltı internet kabeli layihəsini elan edib. 400 milyon dollar dəyərində olan Humboldt layihəsində 14 min 800 kilometrlik kabel xətti qurulacaq. Beləliklə amerikalı texnologiya nəhəngi indi Sakit okeanı regionunda internet bağlantılarının etibarlılığı və çevikliyini təmin etmək üçün yeni okeanaltı kabel çəkir. Qeyd edək ki, layihə Google şirkəti ilə yanaşı dövlət təşkilatları və investisiya fondları arasındakı əməkdaşlıq nəticəsində reallaşacaq.

Google Çilinin infrastruktur fondu Desarrollo País of Chile və fransanın Telecommunications of French Polynesia qurumu, o cümlədən digər tərəfdaşlarla birlikdə Avstraliya və Çilini Sakit okeanı vasitəsi ilə birləşdirən 14800 km uzunluğundakı okeanaltı internet kabeli layihəsini elan edib. Google bildirir ki, Humboldt adı verilən bu layihə Cənubi Amerika ilə Asiya-Sakit okeanı birləşdirən ilk birbaşa kabel marşrutu layihəsidir. Ümumiyyətlə Çili hökuməti 2016-cı ildən Cənubi Amerika ilə Asiya-Sakit Okean regionu arasında birbaşa fiber optik əlaqə üzərində işləyir. Humboldt layihəsinin isə 2026-cı ilə qədər tamamlanacağı gözlənilir.