"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google delfinlərlə ünsiyyət üçün DolphinGemma süni zəka modelini yaradıb

Delfinlər planetin ən ağıllı canlılarından biri hesab olunur. Onlar əməkdaşlıq edə bilir, bir-birlərinə yeni bacarıqları öyrədir və güzgüdə özlərini tanıya bilirlər. Onilliklərdir ki, alimlər delfinlərin ünsiyyət üçün istifadə etdikləri mürəkkəb fit və çıqqıltı səslərini anlamağa çalışırlar. Görünür, tədqiqatçılar bu sahədə böyük irəliləyişə yaxınlaşıblar - Google-un yeni açıq mənbəli süni zəka modeli və Pixel smartfonları bu məsələdə mühüm rol oynaya bilər. Generativ süni zəkanın tətbiq oluna biləcəyi yeni sahələr axtaran Google, Wild Dolphin Project (WDP) ilə əməkdaşlığa maraq göstərməyə başlayıb. Bu tədqiqat qrupu 1985-ci ildən bəri Atlantik ləkəli delfinlərinin davranışlarını və ictimai münasibətlərini öyrənir. WDP-nin qarşısında duran əsas vəzifələrdən biri delfinlərin çıxardıqları səslərin onların sosial qarşılıqlı əlaqəsinə necə təsir etdiyini təhlil etməkdir.

Delfinlərin “səsli ünsiyyət” strukturu və nümunələrini anlamaq, bu ünsiyyətin tam bir dil səviyyəsinə çatıb-çatmadığını müəyyənləşdirmək üçün vacibdir. “Biz bilmirik, heyvanların sözləri varmı” - deyə WDP-dən Denise Herzing bildirib. Onilliklər boyu toplanmış sualtı yazılar sayəsində tədqiqatçılar bəzi əsas hərəkətləri müəyyən səslərlə əlaqələndirə biliblər. Məsələn, onların müəyyən etmiş olduqları fit səsləri var ki, görünür, bunlar fərdi “adlar” kimi istifadə olunur və bu da iki fərqli delfinin uzaq məsafədən bir-birini tapmasına imkan verir. Delfinlər, həmçinin, münaqişə zamanı alimlərin “çığırtı” adlandırdıqları səslənmə nümunələrini davamlı olaraq çıxarırlar. WDP-nin əsas məqsədi - əgər doğrudan da mövcuddursa - delfin dilində “danışmaq”dır.

Bu məqsəd, insan tərəfindən analiz olunması çox zəhmətli olan, lakin Google-un sözlərinə görə generativ süni zəka üçün ideal olan böyük və dəqiq şəkildə etiketlənmiş bir məlumat bazasının yaradılmasına səbəb olub. Generativ süni zəka modeli DolphinGemma, Google tərəfindən hazırlanmış açıq süni zəka modelləri olan Gemma əsasında qurulub. Bu model Google-un hazırladığı SoundStream adlı audio texnologiyasından istifadə edir və Wild Dolphin Project tərəfindən toplanmış akustik arxivlə öyrədilib. Komanda ümid edir ki, DolphinGemma mürəkkəb ünsiyyət nümunələrini aşkar etməyə kömək edəcək və nəticədə ümumi bir lüğət yaratmaq mümkün olacaq. DolphinGemma insanlara yönəlmiş dil modelləri kimi işləyir: O, sorğunu qəbul edir və növbəti tokeni (məlumat hissəsini) proqnozlaşdırır. Alimlər hesab edirlər ki, bu proqnozlaşdırılmış tokenlər elə səs ardıcıllıqları ola bilər ki, onları delfinlər anlaya bilsinlər.