"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google-dakı yeni kodların dörddə birinin süni intellekt tərəfindən yazıldığı açıqlanıb!

Süni intellekt hazırda bir çox şirkətin öz işlərinə uyğunlaşdırmağa çalışdığı vacib bir faktordur. Google bu sahədə qabaqcıl şirkətlərdən biridir və bu, Google-un gəlirlərinin artmasına da mühüm töhfə verir. Alphabet-in açıqladığı rəqəmlərə görə, şirkət son rübdə 88.3 milyard dollar gəlir əldə edib. Bu gəlirin əsas hissəsi 76.5 milyard dollar gəlirlə Google Xidmətlərindən, Google Cloud-dan isə illik müqayisədə 35% artım yaşanaraq 11.4 milyard dollar gəlir əldə edilib. Xüsusilə bulud xidmətlərindəki bu artım, Google-un süni intellekt infrastrukturuna təqdim etdiyi xüsusiyyətlər sayəsində mümkün olub.

Google, süni intellekti məhsul və xidmətlərinin bir çox sahəsində aktiv şəkildə istifadə edir. Məsələn, Gemini tərəfindən dəstəklənən süni intellekt söhbət botları, Google Meet-də avtomatik qeydlərin aparılması və YouTube məzmun istehsalçılarına təqdim olunan generativ süni intellekt vasitələri ilə istifadəçilər Google-un süni intellektindən ekosistemin hər sahəsində yararlana bilirlər. Bundan əlavə, Pixel 9 seriyalı smartfonlar da müxtəlif süni intellekt xüsusiyyətlərinə malikdir.

CEO Sundar Pichai, axtarış sahəsində də süni intellektin insanların məlumata çatma yollarını genişləndirdiyini və Google Cloud-un mövcud və potensial müştərilərə daha çox xidmət təklif etməsinə imkan yaratdığını vurğulayır. Bundan əlavə, gələcəkdə Google axtarışlarında daha çox süni intellekt xüsusiyyətlərinin olacağı da qeyd edilir.