"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Chrome tezliklə şifrələrimizi avtomatik dəyişdirəcək!

 Belə ki, yeni funksiya ilə süni intellekt sızdırılan şifrələri aşkar edərək onları atomatik dəyişdirəcək. Sistem istifadəçiyə parolunu dəyişməyi təklif edəcək və təhlükəsiz parol yaratmaq prosesini öz üzərinə gö götürəcək.

Chrome-un inteqrasiya olunmuş parol meneceri tarixən istifadəçilərə parollarını saxlamağa və təhlükəsizlik pozuntularını aşkar etməyə kömək edib. Yeni funksiya ilə parolları oğurlanmış istifadəçilər heç bir əl hərəkəti etmədən parollarını birbaşa brauzerdən sıfırlaya biləcəklər. Süni intellekt sızan parolu aşkar etdikdə istifadəçiyə bildiriş göndərəcək və onlara parolu dəyişmək imkanı verəcək. İstifadəçi təsdiq edərsə, Chrome təhlükəsiz parol yaradaraq hesabı qoruyacaq. Hazırda bu funksiya sınaq mərhələsindədir və Chrome Canary-nin sınaq versiyasında mövcuddur.

Qeyd edək ki, Xüsusiyyəti sınamaq istəyən istifadəçilər chrome://flags/ səhifəsində #inproved-password-change-service seçimini aktiv etməklə ona daxil ola bilərlər. Google-un bu xüsusiyyəti stabil versiyaya nə vaxt daxil edəcəyi hələ dəqiq deyil. Chrome-un yeni parol təhlükəsizliyi funksiyası istifadəçilərin hesablarını potensial məlumat sızmalarından daha yaxşı qorumaq məqsədi daşıyır. Bu funksiyanın tam versiyada necə işləyəcəyi və hansı platformalarda istifadə ediləcəyi gələcəkdə daha aydın olacaq.