"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Chrome təhlükəli əlavələr (extensions) barəsində istifadəçilərə bildiriş göndərəcək

Google Chrome brauzerinin 117-ci versiyası yaxın zamanda beta test mərhələsindən çıxacaq və bütün istifadəçilər üçün aktiv olacaq. İstifadəyə veriləcək bu Chrome versiyasının əsas yeniliklərindən biri də o olacaq ki, o, istifadəçinin quraşdırmış olduğu bu və ya digər əlavənin (extensionChrome Web Store-dan silinəcəyi halda bu barədə istifadəçiyə bildiriş göndərəcək. Əlavələr brauzerin imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuş yaxşı üsullardan biridir. Lakin çox zaman brauzer əlavələrindən həmçinin hackerlər də faydalanırlar. Belə ki, hackerlər tərəfindən yaradılan əlavələr istifadəçilərin konfidensial məlumatlarını oğurlayır və ya onlara reklam elanlarını sərgiləyirlər.

İstifadəçiləri bu cür əlavələrdən kənarlaşdırmaq istiqamətində Google həmin əlavələri Chrome Web Store-dan silir. Lakin həmin əlavələri artıq istifadə edənlərə bu cür addım o qədər də yaxşı yardımçı olmur. Belə ki, istifadəçilər zərərli əlavələri fərdi şəkildə silməli olurlar və ya hər hansısa zərərli əlavə haqqında xəbəri ciddiyə almırlar. Buna görə də Google Chrome üçün nəzərdə tutulmuş bu yeni funksiyanı reallaşdırmaq qərarına gəlib. Beləliklə Chrome 117-dən başlayaraq brauzer bu və ya digər əlavənin Chrome Web Store-dan silindiyi barəsində xəbəri istifadəçiyə çatdıracaq.