"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google bütün Android cihazların sinxronlaşdırılması funksiyası üzərində çalışır

Google müxtəlif Android cihazların sinxronlaşdırılmasına hədəflənmiş yeni funksiyanı istifadəyə verməyi planlaşdırır. Məlumata əsasən sözügedən funksiya Apple ekosistemində eyni məqsədə hədəflənmiş Continuity adlı funksiyaya bənzəyəcək. Əgər istifadəçi bir neçə Android cihaza sahibdirsə və onların hamısında bir Google hesabına daxil olubsa, həmin cihazlar sözügedən funksiya vasitəsilə bir-biriləri ilə qarşılıqlı əlaqədə ola biləcəklər.

Bu funksiya çərçivəsində reallaşdırılacaq Call Switching imkanı zəng prosesi zamanı bir cihazdan digərinə keçidi mümkün edəcək. Apple ekosistemində oxşar funksiya bir iPhone modelinə daxil olan zəngi digər iPhone-da qəbul etməyə imkan vermir. Lakin Google şirkətinin hazırladığı alternativ çərçivəsində hətta smartfonlar da daxil olmaqla istənilən cihaz arasında keçidi reallaşdırmaq mümkün olacaq