"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google bir neçə Android tətbiqinin eyni vaxtda yüklənməsini sınaqdan keçirir!

Google bu dəfə Android istifadəçiləri üçün yenilik elan etməyə hazırlaşır. Belə ki, TheSpAndroid mənbəsinə görə, Google “Play Store” tətbiq mağazasında paralel yükləmə dəstəyini sınaqdan keçirir. Bu funksiyanın əsas məqsədi, adından da göründüyü kimi eyni vaxtda iki proqramı yükləməkdir. ROOT edilən bir Android cihazda Google Play Store v40.0.13 daxilindən bu funksiyanın işə salınması ilə birdən çox proqramı eyni vaxtda yükləmək olar.

Qeyd edək ki, Reddit-də yayımlanan əvvəlki hesabatlar və ekran görüntüləri şirkətin bu funksiyanı ilk dəfə düşünmədiyini göstərir. Bu xüsusiyyət, tətbiq daxilində xüsusi bir qutunu aktivləşdirdikdən sonra 5 tətbiqi eyni anda yükləməyə imkan verir. Görünən odur ki, Google, Play Store üçün paralel yükləmə dəstəyini artıq son dəfə sınaqdan keçirir. Hazırda bir çox məhdudiyyətlərə və problemlərə sahib olan bu funksiyanın istifadəçilərə nə zaman təqdim ediləcəyi isə məlum deyil.

Bununla belə, ROOT edilən bir cihazınız varsa, GMS Flags tətbiqindən istifadə edərək, aşağıdakı paketi yükləyə və daha sonra aktivləşdirə bilərsiniz.

paket-соm.gооglе.аndrоіd.fіnѕkу.rеgulаr

aktivləşdirmək üçün-InstallQueue__enable_su_parallel_install