Verilmiş məlumata əsasən Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunun təkmilləşdirilmiş versiyası üzərində çalışır. Məlumatda qeyd edilib ki, çat-botun təkmilləşdirilmiş versiyası Bard Advanced adını əldə edəcək. Məlumata əsasən Bard Advanced-in əsasında Google şirkətinin keçən ay təqdim etmiş olduğu Gemini Ultra süni zəka modeli dayanır. Çox güman ki, Gemini Ultra sayəsində Google Bard çat-botun hal-hazırki adi versiyasından daha təkmilləşdirilmiş olacaq. Bununla yanaşı məlumata əsasən Google yeni süni zəka funksiyaları üzərində çalışır və onlardan biri Motoko kod adına sahibdir. Məlumatda qeyd edilib ki, sözügedən funksiya sayəsində istifadəçilər fərdi çat-botlarını yarada biləcəklər. Bu funksiyanın necə çalışacağı, onun ödənişli və ya ödənişsiz olacağı barəsində bir məlumat yoxdur.