"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Bard çat-botu Youtube videolarını analiz etməyi öyrənib

Son zasmanlarda Google şirkəti özünün süni zəka əsaslı Bard çat-botunu təkmilləşdirməklə məşğuldur. Çat-bot üçün təqdim edilmiş yenilənmə özündə Youtube videolarının analizi funksiyasını birləşdirir. Bu funksiya sayəsində istifadəçi bu ya digər Youtube videosundan konkret məlumatı əldə edə biləcək. Sözügedən funksiyanın istifadə nümunəsi kimi Espresso Martini adlı kokteylin reseptini özündə birləşdirən video istifadə edilib.

Bard videonu analiz edərək onun tərkib hissəsindəki vacib məlumatları əldə edib. Bura həmçinin kokteylin hazırlanmasında istifadə edilən məhsullar və kokteylin hazırlanma təlimatı da daxil olub. Lakin bununla belə məlumatlarda Bard tərəfindən əlavə edilmiş lazımsız təlimat da yer alıb. Məsələn çat-bot kokteyli 30 saniyə ərzində silkələmək təlimatını qeyd edib. Halbuki videonun özündə belə bir təlimat yer almayıb. Hal hazırda Google Bard-ın sözügedən funksiyası təcrübi mərhələdən keçir və o, hamı üçün istifadəyə verilməyib.