Google axtarış nəticələrində göy təsdiq işarəsinin istifadəyə verilməsi ilə bağlı təcrübəyə start verib. Məlumata əsasən bu üsulla istifadəçi bu və ya digər şirkətin etibarlılığını təyin edə biləcək. Göy təsdiq işarəsi axtarış sorğularında yoxlanılmış şirkətin saytına keçid linkinin yan hissəsində əks olunacaq. Bu imkan Gmail-də tətbiq edilən brend indikatorları funksiyasının davamçısı hesab edilir. Məlumata əsasən bəzi istifadəçilər artıq axtarış sorğularında Microsoft, Meta, Apple, Amazon və HP kimi şirkətlərin saytlarına olan linklərin yanında göy təsdiq işarəsini görməyə başlayıblar. Google nümayəndəsi bildirib ki, şirkət istifadəçilərə internetdə etibarlı mənbələri axtarıb tapmaqda yardımçı olan funksiyaları daimi olaraq test edir.