"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google artıq ənənəvi şifrələrin yerinə Passkey-dən istifadəni təklif edir

Google şirkəti istifadəçilər arasında Passkey texnologiyasını yaymağa davam edir. Bu texnologiya ənənəvi şifrələrin istifadəsindən azad olmağa imkan verir və həmin şifrələrin autentifikasiya üsullarından biri ilə əvəzlənməsini təklif edir. Şirkət elan edib ki, o artıq öz istifadəçilərinə giriş açarının yaradılması təklifini göndərib. İstifadəçilər yaradacaqları giriş açarından istifadə edərək öz Google hesablarına daxil ola biləcəklər və bu halda heç bir şifrənin daxil edilməsinə ehtiyac qalmayacaq.
Passkey texnologiyası ənənəvi şifrələr ilə müqayisədə daha təhlükəsiz və rahat alternativ hesab edilir. O, şifrələrdən və SMS təsdiqləmələrdən istifadəni aradan qaldırır və onları PIN kod və ya barmaq izi ilə üz skanı kimi biometrik autentifikasiya ilə əvəz etməyi təklif edir. Bununla belə biometrik məlumatlar Google şirkətinə və ya başqa birinə ötürülmür. Buna görə də yüksək konfidensiallıq səviyyəsi qorunub saxlanılır. Bununla belə Google bildirib ki, ənənəvi şifrələr aktual olaraq qalırlar və hansısa səbəbdən Passkey-dən istifadə etməyi istəməyən istifadəçilər şifrələrdən istifadə etməyə davam edə bilərlər.