Android-də zərərli proqram təminatlarının aşkar edilməsi üçün Google Play Protect sistemindən istifadə edilir. Bu sistem Google Play-dəki tətbiqləri və kənar APK faylları yoxlayır. Lakin yoxlama prosesi bu və ya digər tətbiqin smartfona quraşdırılmasından sonra işə düşür. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Google Play Protect sistemi daha effektiv şəkildə çalışacaq.
Təqdim edilmiş dəyişikliklər siyahısına əsasən Google Play Protect sistemi APK faylları smartfona quraşdırılma prosesi çərçivəsində yoxlayacaq. Hal hazırda bu sistem tətbiqləri yalnız quraşdırılma prosesindən sonra yoxlaya bilir. Yoxlama prosesi çərçivəsində sistem faylları Google bulud servisinə ötürür. Yeni məlumata əsasən isə Android-in təhlükəsizlik səviyyəsini artırmaq üçün Google Play Protect-də offline yoxlama imkanı reallaşdırıla bilər. Çox güman ki, bu özəllik Google Play Protect-in növbəti versiyasında istifadə ediləcək.