"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Android-in loqosunu yeniləyib

Google şirkəti Android-in yeni dizayn konsepsiyasından danışıb. Android-in tanınan maskotu olan yaşıl rəngli robot bundan sonra əməliyyat sisteminin dizaynının əsasını təşkil edəcək. Daha əvvəllər bu maskot Android-in sadəcə olaraq simvolu qismində çıxış edirdi. Bundan sonra isə o, istifadəçilərlə qarşılıqlı əlaqədə olacaq və 3D dizayna keçid etdiyi üçün daha nəzərə çarpan olacaq.

Android-in dizayn konsepsiyasının yenilənməsi Google şirkətinin öz əməliyyat sisteminin müxtəlif versiyalarını müxtəli şirniyyat növləri ilə adlandırılması ənənəsindən imtina etdiyi vaxtdan indiyənə kimi ən böyük yenilənmə olacaq. Şirkət yeni dizayn konsepsiyası çərçivəsində yaşıl rəngli robotun statik fotosundan imtina edərək dinamik 3D dizayna keçid edəcək. Google bildirib ki, yaşıl robotun dinamik 3D dizaynı Android-in insanlarla qarşılıqlı əlaqədə olduğu hər yerdə ortaya çıxacaq. Yenilənmiş maskot artıq bu il əməliyyat sistemi çərçivəsində təqdim ediləcək.