"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Android 15 versiyasını yayımlayıb: Hələlik adi istifadəçilər üçün əlçatan deyil!

         Google rəsmi olaraq Android 15 versiyasını yayımlasa da, hələlik yalnız tərtibatçılar üçün əlçatan olub. The Verge-nin məlumatına görə, istifadəçilər üçün nəzərdə tutulan versiyanın yaxın vaxtlarda buraxılacağı gözlənilir. Android-in yeni versiyası Google Assistant ilə musiqini tanımağa, zəlzələ xəbərdarlığı almağa, Chrome brauzerində veb səhifələri yüksək səslə oxumağa və digər yeniliklərə imkan verəcək.

         Google yeni əməliyyat sistemini tətbiqlərin və cihazların bir-biri ilə qarşılıqlı əlaqəsini dəqiqləşdirməyə yönəldib. Barmaq izi skanerindən istifadə edərək proqram və vebsayt hesablarına bir toxunuşla daxil olmaq, təkmilləşdirilmiş oğurluqdan qorunma, daha böyük ekranlı cihazlar üçün optimallaşdırılmış multitasking texnologiyası və müəyyən proqramlara girişi məhdudlaşdırmaq imkanı olacaq. Android 15-də vacib yenilənmələrdən biri Google-un Google I/O konfransında danışdığı TalkBack ekran oxuyucusudur. Belə ki, bu yardım proqramı Gemini AI köməkçisi və smartfon ekranında təsvirlərin səsli təsvirləri ilə inteqrasiya edəcək və əlilliyi olan insanların vizual məlumatlara çıxışını asanlaşdıracaq.