"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google aktiv olmayan istifadəçi hesablarının silinəcəkləri barəsində bildirişlər göndərməyə başlayıb

Bir neçə müddət bundan öncə Google şirkəti elan etmişdi ki, 2 il ərzində heç bir aktivlik sərgiləməmiş Google hesabları silinəcək. İndi isə şirkət bu barədə bildirişi bütün istifadəçilərə göndərərək xatırlatma edir. Aktiv olmayan Google hesablarına dair şirkətin yeni siyasətini əks etdirən bildiriş reply@accounts.google.com ünvanına göndərilir. Göndərilən bildirişdə şirkət öz yeni siyasətinin qısa təsvirini təqdim edir. “Biz öz bütün məhsullarımızda və servislərimizdə aktiv olmayan Google hesablarının mövcud olma müddətlərini 2 ilədək uzatdıq.

Bu qərar bugündən qüvvəyə minir və aktiv olmayan istənilən Google hesabını əhatə edir. Aktiv olmayan Google hesabları və onların daxilindəki istənilən kontent 1 dekabr 2023-cü il tarixində silinəcəklər” - deyə bildirişdə qeyd edilib. Google bildirib ki, söhbət, 2 il ərzində daxil olunmamış və hər hansısa digər servislərdə giriş üçün istifadə edilməmiş Google hesablarından gedir. Şirkət bu və ya digər hesabı aktiv olmayan kimi qəbul etsə, həmin hesabına sahibinə bir neçə elektron məktub göndərəcək. Aktiv olmayan hesabın silinməsindən yan keçmək üçün sadəcə olaraq həmin hesaba giriş etmək lazımdır.