
Google 2025-ci ilin ən faydalı və yenilikçi Chrome genişlənmələrini seçərək öz rəsmi siyahısını paylaşıb. Bu dəfə siyahıda diqqətçəkən əsas məqam süni intellekt imkanlarının genişlənmələrə tam şəkildə inteqrasiya olunmasıdır. Xüsusilə veb səhifələri və videoları avtomatik xülasə edən, mətn yaradan və ya redaktə edən AI əsaslı alətlər istifadəçilər arasında populyarlığını daha da artırır.
Bu genişlənmələr arasında Monica və Sider veb səhifə və videoların məzmununu sürətli şəkildə anlamaq üçün istifadəçilərə xülasə təqdim edir. Yazı ilə tez-tez işləyənlər üçün QuillBot həm mətni düzəltmə, həm də yeni mətn generasiya etmə funksiyaları ilə diqqət çəkir. eJOY isə internetdə gəzinərkən söz ehtiyatını genişləndirməyə kömək edən interaktiv dil öyrənmə vasitəsidir.