"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Gmail hesablarının oğurlanmasına istiqamətlənmiş yeni dələduzluq sxemi aşkar edilib

Microsoft əməkdaşı süni zəka istifadəsi ilə reallaşdırılan yeni dələduzluq sxemi barəsində məlumat verib. Reallaşdırılan yeni dələduzluq sxemi hətta ən peşəkar istifadəçilərin belə qurbana çevrilməsinə gətirib çıxara bilər. Yeni dələduzluq sxeminin əsas məqsədi isə Gmail hesablarının oğurlanmasına hədəflənib. Süni zəka texnologiyasının daha geniş yayılması ilə müxtəlif dələduzlar bu texnologiyadan müxtəlif vasitələrlə öz məqsədlərində istifadə edirlər. Microsoft-un Sam Mitrovic adlı əməkdaşı bildirib ki, o, yeni dələduzluq sxeminin qurbanına çevrilməyə çox yaxın olub və bu mövzu ilə bağlı detallı məlumat verib. Bir neçə müddət bundan öncə o, SMS bildiriş əldə etmiş və əldə edilmiş bildirişdə ondan Gmail hesabının bərpa olunması cəhdinin təsdiqlənməsi xahişi qeyd edilmişdi. Sorğu ABŞ-dan gəlmişdi.  Daha sonra o, zəng etmiş tərəfdən göndərilmiş elektron məktubu incələyərək aşkar edib ki, dələduz məktub göndərənin ünvanını Salesforce CRM sistemi vasitəsilə dəyişib. Bu sistem istifadəçilərə müxtəlif ünvanı qeyd etməyə və məktubları Gmail serverləri üzərindən göndərməyə imkan verir. Bu hadisənin nəticəsi olaraq söyləmək olar ki, dələduzlar süni zəka və saxta mail ünvanları sayəsində o dərəcədə inandırıcı ola bilərlər ki, hətta peşəkar istifadəçilər belə onların qurbanlarına çevrilə bilərlər.