"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Gələn aydan Whatsapp fayllarının ehtiyat kopyaları Google Drive-da yaddaş yeri tutmağa başlayacaqlar

Son 5 ildə Whatsapp-ın Android versiyasının istifadəçiləri Google Drive-da öz fayllarının ehtiyat kopyalarını pulsuz şəkildə saxlaya bilirdilər. Bura həmçinin foto və videolar da daxil idi. Belə ki, sözügedən fayllar sadəcə olaraq Google Drive-da yaddaş yeri tutmurdular. Lakin Google və Whatsapp elan edib ki, artıq gələn aydan başlayaraq Whatsapp-ın Android versiyası istifadəçilərinin sahib olduqları faylların ehtiyat kopyaları Google Drive-da müəyyən yaddaş yerini tutmağa başlayacaqlar.
Bu, istifadəçilərin Google Drive-da istifadə etdikləri tarif planının növündən asılı olmayaraq reallaşacaq. Bu yeni qərar ilk öncə Whatsapp-ın beta versiyalarının istifadəçilərini əhatə edəcək. 2024-cü ilin ortasından başlayaraq isə messencerin Android versiyasının bütün istifadəçilərinə aid olacaq. Messencer bu yeni qərarı əhatə edəcək istifadəçilərə 30 gün öncədən bildiriş göndərəcək.