"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini
inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında
irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"
Heydər Əliyev
"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının,
ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün
rabitə indi çox mühüm bir vasitədir"
Heydər Əliyev
"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon
rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac
və tələbatına daha çox fikir verməkdən ibarətdir"
Heydər Əliyev
"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan
işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"
Heydər Əliyev
"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir
vasitədir"
Heydər Əliyev
“Frontend və backend texnologiyaları” mövzusunda vebinar keçirilib
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kadr potensialının təkmilləşdirilməsi, müvafiq sahə üzrə bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Belə ki, “Sosial tədbirlər” layihəsi çərçivəsində hər həftə aktual mövzularda vebinarlar keçirilir. 15 dekabr 2023-cü il tarixdə Nazirliyin əməkdaşı Aytən Seyidovanın “Frontend və backend texnologiyaları” mövzusunda vebinarı baş tutub. Frontend və backend tərtibatçıların istifadə etdikləri müasir texnologiyalar və onların kitabxanaları (framework) haqqında iştirakçılara ətraflı məlumatlar verilib.
Sonda dinləyicilərin mövzu ətrafında sualları cavablandırılıb.