"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Fotoların tərtibatı üçün nəzərdə tutulmuş DALL-E sisteminin 3-cü versiyası təqdim edilib

OpenAI şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş DALL-E adlı neyron şəbəkəsinin 3-cü versiyasını təqdim edib. Təqdim edilmiş DALL-E 3-ün əvvəlki versiyadan əsas fərqləndirici tərəfi ondadır ki, yeni versiya süni zəka əsaslı ChatGPT çat-botu ilə inteqrasiya edilib. ChatGPT öz növbəsində DALL-E 3 çərçivəsində lazımi fotonun əldə edilməsi üçün istifadəçini detallı uzun sorğuların yazılması prosesindən azad edir.

DALL-E-nin daha öncəki versiyalarında istifadəçi fotonun tərzini, tərkib hissəsini və digfər özəlliklərini fərdi şəkildə təsvir etməli olurdu. İndi isə bütün bunları ChatGPT öz üzərinə götürür. O, istifadəçinin foto ilə bağlı qısa sorğusunu fotonun detallı təsvirinə kimi genişləndirəcək, tərtib edilmiş fotonu istifadəçiyə sərgiləyəcək və lazımi nəticənin əldə edilməsi üçün istifadəçiyə məsləhətlər verəcək. Əldə edilmiş nəticədə dəyişiklikləri proses çərçivəsində çat-botla dialoq vasitəsilə reallaşdırmaq mümkündür.

Beləliklə bundan sonra fotoların tərtibatı açar sözlərin təqdim edilməsi ilə deyil, çat-botla sadə ünsiyyət vasitəsilə reallaşdırılacaq. DALL-E 3-də reallaşdırılmış daha bir yenilik müəllif hüquqları ilə bağlıdır. Belə ki, bundan sonra neyron şəbəkə hansısa müasir rəssamın tərzində fotoların tərtib edilməsi sorğularını rədd edəcək. DALL-E 3-dən hal hazırda ödənişli ChatGPT Plus abunəliyinə sahib istifadəçilər çat-botla dialoq pəncərəsindən faydalana bilərlər.