"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Fləş və MicroSD kartların keyfiyyəti ciddi səviyyədə azalıb!

Məlumat bərpası şirkəti CBL bildirib ki, ən son microSD kartları və USB disklərində sıxlıqla istifadə olunan etibarsız yaddaş çipləri görülür. Mütəxəssislər istehsalçı məlumatlarının silindiyi sadələşdirilmiş yaddaş çipləri, həmçinin karta lehimlənmiş konvertasiya edilmiş microSD yaddaş kartlarından istifadə edən USB diskləri ilə getdikcə daha çox rastlaşdıqlarını bildirirlər. Bütün bunların fonunda CBL resursu belə qənaətə gəlib ki, fləş və MicroSD disklərin keyfiyyəti sürətlə zəifləyir.

Mütəxəssislərin sözlərinə görə keçən il qüsurlu USB disklərini bərpa üçün sökdükdə, tutumu azaldılmış və istehsalçıları naməlum olan çox sayda aşağı keyfiyyətli yaddaş çipləri tapılıb. Çox vaxt microSD yaddaş kartları USB sürücüsünə lehimlənib və microSD-lər USB fləşinə çevrilərək insanlara satılıb.

CBL-ə görə çox vaxt SanDisk və Samsung kimi böyük istehsalçılar tərəfindən istehsal olunan və yoxlamadan keçməmiş NAND yaddaş çipləri kustar üsullarla fləş və MicroSD kimi yenidən bazara çıxarılır. Bu çiplər təkrar emal olunmaq əvəzinə bazara hansısa şəkildə birbaşa çıxarılır.

Aşağı keyfiyyətli diskləri tədqiq edərkən, CBL mütəxəssisləri bəzi hallarda istehsalçının adının yaddaş çiplərində bulanıq olduğunu, lakin onların hələ də SanDisk məhsulları kimi müəyyən edilə biləcəyini aşkarlayırlar. Digər hallarda, yaddaş çipi istehsalçısının adı və loqosu tamamilə silinir. Çox vaxt aşağı keyfiyyətli NAND çipləri xüsusilə bəzi şirkətlərin təşviq edici hədiyyələri arasında müəyyən edilib, bəzi hallarda isə orta səviyyəli “marka” məhsullarda belə görülüb. Bununla belə, CBL hansı konkret şirkətlərin aşağı keyfiyyətli fləş və MicroSD disklər təqdim etdiyini dəqiqləşdirməyib.