"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Əməkdaşımız “Gənc İnformasiya Texnologiyaları mütəxəssisi” nominasiyası üzrə mükafatlandırılıb

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 31 yanvar tarixində 2 fevral Gənclər Gününə həsr olunan mükafatlandırma mərasimi keçirilib. Muxtar respublikada uğurlu fəaliyyəti ilə fərqlənən bir qrup gənc müxtəlif nominasiyalar üzrə təltif olunub. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Etibar Əjdərov “Gənc İnformasiya Texnologiyaları mütəxəssisi” nominasiyası üzrə mükafatlandırılıb. 

Əməkdaşımızı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilib.