"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Elon Musk X-i (keçmiş Twitter) Avropada deaktiv edə bilər

Avropa regionunda geosiyasi konfliktlərin şiddətlənməsi regionda kontentlərin moderasiyası üzrə mövcud tələblər ilə Elon Musk-ın X (keçmiş Twitter) çərçivəsində söz azadlığı məqsədi arasındakı uyğunsuzluğu ortaya çıxarıb. Nəticədə Musk Avropa Birliyinin tənzimləyici orqanlarının iddiaları ilə qarşılaşmamaq üçün X-i Avropa regionunda ümumiyyətlə deaktiv edə bilər. Bu barədə məlumatı Business Insider təqdim edib. Business Insider-in öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Musk Avropa Birliyinin rəqəmsal xidmətlər üzrə qanununun tələblərini yerinə yetirməkdən heç də məmnun deyil.
Məlumata əsasən yaranmış bu vəziyyətdən çıxış yolu kimi X-in mobil tətbiqinin Avropa Birliyi yurisdiksiyası çərçivəsində tətbiq mağazalarından silinməsi və ya bu geosiyasi bloka daxil olan ölkələrin istifadəçiləri üçün X imkanlarının bloklanması ola bilər. Qeyd etmək lazımdır ki, rəqəmsal xidmətlər barəsində qanun Avropa Birliyində bu ilin avqust ayında qüvvəyə mindi. Lakin istifadəçilərin İsrail və Fələstin arasındakı konflikt barəsində məlumatları hansı aktivliklə yaymaları X tərəfindən bu qanunu pozmasına dair fikirləri formalaşdırdı. Belə ki, şirkət sözügedən yeni qanunun tələblərinə əsasən öz sosial platformasında kontentlərin effektiv moderasiyası sistemini təmin etməlidir.
Lakin X-in bu mövzuda işləri heç də yaxşı getmir. Avropa komissarı olan Thierry Breton keçən həftə bildirmişdi ki, Avropa Komissiyası X-in regional qanunvericiliyin tələblərini yerinə yetirə bilmək bacarığı istiqamətində istintaqa start verib və zərərli, doğru olmayan məlumatların yayılmasına qarşı mübarizədə görülən tədbirlər barəsində hesabatları şirkət təmsilçilərindən tələb edib. Əgər istintaq nəticəsində X-in mövcud regional qanunun tələblərinin pozduğu aşkar edilərsə, şirkət illik dövriyyəsinin 6% həcmində cərimələnəcək. Artıq 1 ilə yaxındır ki, öz biznesini yenidən təşkil etməyə çalışan və vəsait itkiləri problemini aradan qaldıra bilməyən bir şirkət üçün bu cür cərimə ciddi riskdir.