Elon Musk-a məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı öz ilk süni zəka modelini seçilmiş istifadəçilər qrupu arasında istifadəyə verəcək. Bu artıq bugün baş verəcək. Musk-ın sözlərinə əsasən xAI tərəfindən hazırlanmış ilk fərdi süni zəka modeli müəyyən mövzularda digər rəqibləri üstələyir. Qeyd etmək lazımdır ki, xAI şirkəti bu ilin iyul ayında təsis edilmişdi. Musk-ın sözügedən yeni şirkətində OpenAI, Google DeepMind, Tesla və Toronto Universitetinin mütəxəssisləri çalışırlar.