"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!

İnternet sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan Speedtest tərəfindən paylaşılan məlumatlara görə, 2024-cü ilin mart ayı etibarilə dünyada ortalama yükləmə sürəti 93,28 Mbps, göndərmə sürəti isə 45,46 Mbps olaraq ölçülüb. Ən sürətli internetə malik ölkənin 284,13 Mbit/s ilə Sinqapur olduğunu görürük. İkinci yeri isə 276,02 Mbit/s internet sürətilə Birləşmiş Ərəb Əmirlikləri tutur. Onu 274,26 Mbit/s ilə Honq Konq, 265,12 Mbit/s ilə Çili, 254,01 Mbit/s ilə ABŞ və 242,94 Mbit/s ilə İslandiya izləyir. 

Azərbaycan 38.32 Mbps ortalama yükləmə sürəti ilə dünyada 117-ci yerdədir. Madaqaskar 41.49 Mbit/s ilə ölkəmizi üstələdiyi halda, Haiti isə 36.89 Mbit/s internet sürəti ilə ilə Azərbaycandan geri qalır.