Dünyanın ən güclü superkompüteri təyin edilib
El Capitan adlı superkompüter 1.7 FLOPS (ekzaflops) performans göstəricisi sayəsində dünyanın ən güclü superkompüterləri reytinqində birinci yeri tutub. Livermor Milli Laboratoriyasında yerləşən bu superkompüter reytinqin daha öncəki lideri olmuş Frontier adlı superkompüteri (1.3 FLOPS) ikinci pilləyə endirib. Daha öncə reytinqin ikinci pilləsində qərarlaşmış Intel Aurora adlı superkompüter isə üçüncü pilləyə düşüb.
El Capitan tarix ərzində ekzaflops səviyyəsində performans sərgiləyən 3-cü superkompüter oldu. O, saniyədə kvintilyondan çox əməliyyatı yerinə yetirə bilir. Sözügedən superkompüter AMD şirkətinin 4-cü nəsil AMD EPYC prosessorları əsasında birləşdirilmiş 11 milyon CPU və GPU nüvəsindən təşkil edilib. AMD-nin bu prosessorlarından hər biri 1.8 GHz tezlikdə çalışır. Superkompüterin əsas yaddaş həcmi isə 5 PB (petabayt) təşkil edir. Bu superkompüterdə böyük həcmli məlumatların emalı prosesindən Rabbit adlı lokal sistem cavabdehdir. Qeyd etmək lazımdır ki, El Capitan nüvə silahlarının təhlükəsizliklərinin təmin olunmasından cavabdehdir.