"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!

Kyoto Universitetinin alimləri tərəfindən hazırlanan LignoSat-ın atmosferə yenidən girdikdə taxta materialının yanması gözlənilir. Bu xüsusiyyət, metal parçaların Yerə düşməsi ilə yaranacaq ətraf mühit və təhlükəsizlik risklərini azaltmaq üçün davamlı bir həll kimi görünür.
Kub şəkilli eksperimental peykin hər bir tərəfi yalnız 10 santimetr ölçüsündədir. Peyk Sumitomo Forestry və Kyoto Universitetinin birgə əməkdaşlığı ilə hazırlanan xüsusi bir taxta materialdan hazırlanıb və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən təmin edilən xüsusi konteyner vasitəsilə ISS-ə çatacaq. Sonra, təxminən bir ay içində açıq kosmosa buraxılaraq davamlılığı və möhkəmliyi test ediləcək. Peykin təxminən 400 km yüksəklikdəki orbitə buraxılması gözlənilir. LignoSat orbitə yerləşdikdən sonra 6 ay müddətində orbitdə qalacaq.
Bu eksperimental peyk, Yerə məlumat göndərəcək və tədqiqatçılar peykin temperatur dəyişikliklərinə necə reaksiya verdiyini analiz edərək onun struktur dayanıqlığını qiymətləndirəcək. LignoSat layihəsi müvəffəqiyyətli olarsa, gələcəkdə ətraf mühitə dost peyk texnologiyalarının inkişafında mühüm addım atılmış olacaq. Kyoto Universitetində insanlı kosmik fəaliyyətlər üzrə çalışan astronavt Takao Doi, "Özümüz hazırlaya biləcəyimiz bir material olan taxta ilə kosmosda evlər tikə, yaşaya və işləyə biləcəyik" deyə bildirib. Ay və Marsda ağac əkmək və taxta evlər tikmək üçün 50 illik bir planı olan Doi-nin komandası, taxtanın kosmosda Yerdəkinə nisbətən daha dayanıqlı olduğunu, çürümə və yanmaya səbəb ola biləcək komponentlərin burada olmadığını söyləyir.
Tədqiqatçılar daha əvvəl ISS-də 10 ay davam edən bir təcrübə nəticəsində maqnoliya ağacından olan "honoki"nin kosmik gəmilər üçün ən uyğun material olduğunu kəşf ediblər. Honoki, həm də qılınc qınları üçün də istifadə edilir. Digər tərəfdən, LignoSat vint və ya yapışqan istifadə edilmədən ənənəvi Yapon əl sənəti texnikası ilə hazırlanıb.