"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Dünyanın ilk “kvant dili modeli” buraxılıb!

Böyük Britaniyada yerləşən SECQAI texnologiya şirkəti dünyanın ilk kvant böyük dil modelini (QLLM) inkişaf etdirdiyini açıqlayıb. Şirkətdən verilən məlumata görə, bu yeni model süni intellekti kvant hesablamaları ilə birləşdirir, problemlərin həlli imkanlarını və hesablama səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Kvant hesablamalarını ənənəvi süni intellekt modellərinə inteqrasiya etməklə, SECQAI dil emalı proseslərini daha səmərəli etmək və mürəkkəb problemlərin həllində yeni eranın başlamasını hədəfləyir. Bu çərçivədə, şirkət, qradiyent əsaslı öyrənmə sistemi və kvant diqqət mexanizmi ilə kvant simulyatoru inkişaf etdirərək, süni intellekt modellərini qabaqcıl səviyyəyə qaldırdığını bildirir. Şirkətin qurucusu və baş direktoru Rahul Tyagi bildirib ki, bu inkişaf süni intellekt və kvant hesablamaları arasında qarşılıqlı əlaqəni artırmaqla müxtəlif sənayelərdə inqilab yarada bilər. Tyagi bu texnologiyanın maliyyə, dərman inkişafı, kibertəhlükəsizlik və yarımkeçirici dizayn kimi bir çox sektorda inqilab edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, dünyanın ilk “kvant dili modeli” QLLM bu ay seçilmiş tərəfdaşlarla özəl beta testinə girəcək. Bu proses zamanı modelin praktik tətbiqləri sınaqdan keçiriləcək və onun performansı qiymətləndiriləcək. Məlumatlara görə, model şifrələmə alqoritmlərində gizli nümunələri aşkar edərək təhlükəsizlik protokollarını gücləndirə biləcək. Bundan əlavə, model maliyyə sektorunda risk təhlili və fırıldaqçılığın aşkarlanması kimi sahələrdə səmərəli şəkildə istifadə edilə bilər. Böyük həcmdə maliyyə məlumatlarını tez və dəqiq təhlil etmək bacarığı bazarların daha təhlükəsiz və şəffaf fəaliyyət göstərməsinə şərait yarada bilər.