"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Dünyanın ilk batareyası tükənməyən simsiz qulaqlığı hazırlanıb!

CES 2024 çərçivəsində 3M şirkəti tərəfindən dünyanın ilk batareyası tükənməyən simsiz qulaqlığı hazırlanıb və elan olunub. Belə ki, dünyada ilk olan bu qulaqlı xarici və daxili məkan işığını davamlı olaraq enerjiyə çevirməsi üçün günəş batareyası texnologiyasından istifadə edən qulaqlıq təqdim edilib. Batareyası tükənməyən simsiz qulaqlıq daim işıq şüaları vasitəsi ilə öz batareyasını şarj etdiyi üçün istifadəçilərin daha bir problemini həll edir. Qeyd edək ki, qulaqlıq qismən təkrar emal edilmiş plastik və elektronikadan hazırlanır və günəş batareyası da tamamilə günəş enerjisi ilə işləyən müəssisədə istehsal olunur. Yəni cihaz həmçinin ekoloji cəhətdən də bir çox problemi həll edir deyə bilərik.  Bluetooth ilə istənilən cihaza bağlanan bilən qulaqlıq həmçinin səs-küyün qarşısını almaq üçün daxili mikrofona malikdir. Qulaqlıqdakı Push to Listen (PTL) düyməsi istifadəçilərə qulaqlığı çıxarmadan ətrafdakıları dinləməyə də imkan verir. İsveçin Exeger şirkəti tərəfindən istehsal edilən 1000 mAs həcmli Powerfoyles batareyaları ilə təchiz edilən qulaqlığın qiyməti də 600 dollardır.