Satışa çıxarılan 2TB həcmli microSD kart 4K video yazmaq üçün böyük həcmdə yaddaş tələb edən kameralarda istifadə olunması üçün nəzərdə tutulub. Lakin bununla yanaşı yeni microSD smartfonlara da uyğun gəlir. Dünyanın ilk 2TB yaddaşa sahib olan microSD kartı Exceria Plus G2 cəmi 1 mm qalınlıqdadır. Habelə microSD kart hər biri 128 GB tutumlu 16 qat BiCS FLASH NAND yaddaşdan ibarətdir. Kartın oxuma və yazma sürəti müvafiq olaraq 100MB/s və 90MB/s olaraq müəyyən edilib və SD adapterə malikdir.
Qeyd edək ki, microSD kart IPX7 suya davamlılıq sertifikatına sahibdir və zərbələrə, düşmələrə, o cümlədən temperatur dəyişməsinə davamlıdır. Hələlik 2TB həcmli microSD kartın qiyməti elan edilməyib. Habelə Kioxia-nın yeni məhsulunun satışı 2024-cü ilin əvvəlinə planlaşdırılır. Həmçinin Kioxia yeni microSD kartını bütün regionlardakı bazarlarda satışa çıxarmağı planlaşdırır.