"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Dünyanın ən böyük “Meqa” Məlumat Mərkəzi tikilir!

Microsoft, Google və Amazon kimi şirkətlərin belə sahib olmadığı qədər böyük Meqa məlumat mərkəzi tikilir. Belə ki, Cənubi Koreya dünyanın ən böyük məlumat mərkəzinə ev sahibliyi etmək üçün nəhəng layihəyə başlayır.

Jeollanam-do əyalətində tikiləcək bu meqa məlumat mərkəzinin 3,5 milyard dollar ilkin gəlir əldə edəcəyi, layihənin həcminin isə 10 milyard dollara çatacağı və potensial olaraq 35 milyard dollara çatacağı gözlənilir. Dünyada bu ölçüdə ilk meqa məlumat mərkəzi olacaq bu mərkəz 3GW gücündə olacaq və mövcud nəhəng texnologiya şirkətlərinin (Microsoft, Google, Amazon) idarə etdiyi obyektlərin həcmini üç dəfə artıracaq. Layihə LG Electronics-dən Brian Koo və Dr.Əmin Bədr-Əl-Din tərəfindən Cənubi Koreya hökuməti ilə əməkdaşlıqda təsis edilib. Hökumət bu layihə ilə yüksək enerji və su istehlakı kimi çətinliklərə baxmayaraq texnoloji tərəqqiyə qapılar açaraq ölkədə iqtisadi rifahı artırmağı hədəfləyir.

2028-ci ildə başa çatdırılması planlaşdırılan layihə dünya məlumat mərkəzi bazarını 438,7 milyard dollara çatdırmağa imkan verəcək. Qeyd edək ki, bu nəhəng investisiya təkcə infrastrukturu gücləndirməyəcək, həm də Cənubi Koreyanı qlobal texnologiya liderliyinin yeni səviyyəsinə çıxaracaq. Təbii ki, belə bir nəhənglikdə məlumat mərkəzinin məhz Cənubi Koreyada qurulması da, bir çox Cənubi Koreya mərkəzi texnologiya nəhənginin fəaliyyətini gücləndirməyə imkan verəcək.