Skyports şirkətinin CEO-su Duncan Walker-in sözlərinə əsasən artıq 2026-cı ilə qədər Dubay uçan taksi xidmətləri üçün nəzərdə tutulmuş şaquli hava limanlarından ibarət inkişaf etdirilmiş şəbəkəyə sahib ilk şəhər olacaq. Mütəxəssislərin qiymətləndirmələrinə əsasən bu yeni nəqliyyat növü vasitəsilə Dubayın hava limanından The Palm Jumeirah adasına kimi uçuş 46 dəqiqədən 6 dəqiqəyə enəcək. Şaquli hava limanı dedikdə şaquli qalxış və eniş sisteminə sahib uçuş nəqliyyatı üçün olan obyekt nəzərdə tutulur. Texniki cəhətdən bu, vertolyot meydançasına bənzəmir. Şaquli hava limanı özündə bir neçə aparatı birləşdirə bilər.
Buna görə də bu cür hava limanına unikal tələb mövcuddur. Eniş və start meydançaları arasında kifayət qədər məsafənin təmin edilməsi. Bu cür hava limanı həmçinin elektrikli uçuş aparatlarının şarj olunmaları üçün nəzərdə tutulmuş şarj stansiyalarına sahib olmalıdır. Gözləntilərə əsasən uçan taksilər saatda 300 km sürətlə 241 km yol qətt edə biləcəklər. Hər bir uçan taksi bir nəfər pilot və 4 nəfər sərnişin üçün nəzərdə tutulacaq. "Dubay hökumət tərəfindən effektiv koordinasiya, tənzimlənən normativ baza, uyğun obyektlər şəbəkəsi, inteqrasiya edilmiş nəqliyyat və dayanıqlı tələbat vasitəsilə gələcək nəqliyyatın inkişafı astanasındadır" - deyə Duncan Walker qeyd edib.