Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada dövlət qurumlarına aid internet səhifələrinin yenilənməsi, dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (narxkom.gov.az) veb-səhifəsi dizayn, məzmun, istifadəçi rahatlığı və texniki imkanlar nəzərə alınmaqla yenidən hazırlanıb.
Sayt müvafiq təhlükəsizlik yoxlamları aparıldıqdan sonra AzStateNet şəbəkəsində yerləşdirilib.
Bunlarla yanaşı, müasir metodlardan istifadə edilərək hazırlanmış internet səhifəsinin axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və ön sıralarda tapılması üçün Nazirliyin mühəndis-proqramçıları tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin edilib.
Qeyd edək ki, Nazirlik tərəfindən 34 qurumun veb-saytı “gov.az” zonasına köçürülüb. Həmçinin, müraciətləri nəzərə alınaraq digər qurumların da veb-səhifələrinin yenilənməsi istiqamətində müvafiq işlər davam etdirilir.
#rinn #mddt #nakhchivan