Müasir dövrdə informasiya məkanında dövlət qurumlarının fəaliyyətlərinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etmək baxımından rəsmi internet resurları xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada dövlət qurumlarına aid internet səhifələrinin yenilənməsi, dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (nfhn.gov.az) veb-səhifəsi yenidən hazırlanıb.
Saytın müvafiq təhlükəsizlik yoxlamları aparıldıqdan sonra AzStateNet şəbəkəsində yerləşdirilib.
Bunlarla yanaşı, müasir metodlardan istifadə edilərək hazırlanmış internet səhifəsinin axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və ön sıralarda tapılması üçün Nazirliyin mühəndis-proqramçıları tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müraciətləri nəzərə alınaraq digər qurumların da veb-səhifələrinin yenilənməsi istiqamətində müvafiq işlər davam edir.
#RINN #MDDT #website #webdesign