Tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi aparmaq və qurumlararası kommunikasiyanı gücləndirilmək məqsədilə mütəmadi şəkildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təşkil edilir.
Tədbirin açılış mərasimində Arəzbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış edib.
Tədbirin davamında “Dövlət qurumlarının informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və planlar”, "Müəssisələrdə daxili informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və planlar” mövzularında iştirakçılara geniş məlumatlar verilib.
“Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısı” yeni təhdidlər və onların həll yolları, dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə başa çatıb.
Qeyd edək ki, tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.
#RİNN #MDDT #Naxçıvan